Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

4-5 dekabr 2017-ci il tarixlərində Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türk Dünyası Fondunun təşəbbüsü və dəstəyi ilə, Bosniya və Herseqovinanın Mədəniyyət, Təhsil və Elm Nazirliyi ilə birgə beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində sayca ikinci seminar keçirilmişdir


2017-ci ilin dekabr ayının 4-dən 5-dək Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türk Dünyası Fondunun təşəbbüsü və dəstəyi ilə, Bosniya və Herseqovinanın Mədəniyyət, Təhsil və Elm Nazirliyi ilə birgə “Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əsas hüquqi qaydalar və inzibati struktur” mövzusunda beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində seminar keçirilmişdir.
Seminarda  Tütkiyyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Gürcüstan, Ukrayna, Monteneqro, Azərbaycan, Bosniya və Herseqovina, Serbiya, Kosovo və başqa ölkələrin nümayəndələri iştirak edirdilər.
Seminarı Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Müəllif Hüquqları İdarəsinin baş direktoru cənab Dinçer Ateş açaraqbütün seminar iştirakçılarını salamladı. O, müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində milli qanunvericiliyin öyrənilməsinin əhəmiyyətini, türk dünyasının ümumi köklərinin öyrənilməsini, strukturlar arasında təcrübə mübadiləsini, həmçinin milli mədəniyyətin qorunmasında türk xalqlarının köklərini, ölkələrimizdə müəlliflik hüququnun qorunmasında milli mədəniyyətin qorunmasını xüsusi qeyd etdi.
Həmçinin Bosniya və Herseqovinanın Mədəniyyət və Elm Nazirliyinin Federal naziri xanım Elvira Dilberoviç, Türkiyə Respublikasının Bosniya və Herseqovinadakı fövqəladə və səlahiyyətli səfiri cənab Haldun Koç, Türk Dünyası Fondunun baş katibicənab AdnanTeksen çıxışetdilər.
Seminarın işində Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Əqli mülkiyyət obyektlərinin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadrə Bədəlbəyli və Beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin beynəlxalq əlaqələr  sektorunun müdiri Aydın İsmayılov iştirak etmişlər. Seminarda mövzu üzrə çıxış edən Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Əqli mülkiyyət obyektlərinin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli öz prezentasiyasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində milli qanunvericilik və Agentliyin strukturu haqqındaətraflı məlumat verdi. Çıxışdan sonra digər ölkələrin nümayəndələrinin mövzu ilə bağlı çoxsaylısuallarını cavablandırdı.
Bununla yanaşı, tədbirdə Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Gürcüstan, Ukrayna, Moldova, Makedoniya, Albaniya, Kosovo, Serbiya, Monteneqro, Bosniya və Hersoqovina və Türkiyə dövlətlərinin nümayəndələri təmsil etdikləri ölkələrin müəllif hüquqları sahəsində milli qanunvericiliyi barədə məruzələrlə çıxış etdilər.
Seminarın işi çərçivəsində tərəfimizdən Türkiyə Respublikasının  Mədəniyyət və Turizm Nazirliyinin Müəllif Hüquqları İdarəsinin baş direktoru Dinçer Ateş vəTürk Dünyası Fondunun baş katibicənab Adnan Teksenlə gələcək əməkdaşlığa dair məsələləri müzakirə edərək görüşlər keçirilmişdir.
Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olundu. Bununla da “Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əsas hüquqi qaydalar və inzibati struktur” mövzusunda  seminar öz işini yekunlaşdırdı.


08.11.2017









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?