Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

“Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək


Cari il dekabrın 13-14-də Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) tərəfindən birgə əməkdaşlıqda “Müəllif hüququna hörmətin aşılanması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Tədbir Azərbaycan Respublikası Hökuməti və ÜƏMT arasında imzalanmış Əqli mülkiyyət sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun icrası ilə bağlı Fəaliyyət Planı çərçivəsində təşkil edilir. Onun başlıca məqsədi əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması, rəqəmsal mühitdə müəlliflik hüququ və əlaqəli hüquqların pozulması hallarına qarşı mübarizə sahəsində aparılan tədbirlər, həmçinin əqli mülkiyyət sahəsində  beynəlxalq əməkdaşlıq və onun perspektivləri, əqli mülkiyyət hüquqlarının müdafiəsi sahəsində məhkəmə təcrübəsi və s. məsələlərin müzakurəsi və müvafiq təkliflərin hazırlanmasıdır.

Konfransda ÜƏMT-nin səlahiyyətli təmsilçilərinin, xarici ölkələrin əqli mülkiyyət üzrə ekspertlərinin, həmçinin ölkəmizin dövlət və hökumət qurumlarının, ictimai təşkilatların və KİV-lərin nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Tədbirdə ölkəmizdə əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması və rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə sahəsində aparılan tədbirlər, əqli mülkiyyət sahəsində  beynəlxalq əməkdaşlıq və onun perspektivləri, həmçinin əqli mülkiyyət hüquqlarının təminatına balanslaşdırılmış yanaşma və s. məsələlər ilə əlaqədar  təqdimatlar olacaq, Azərbaycanda müəllif hüququ industriyasının vəziyyəti və rəqəmsal mühitdə əqli mülkiyyət hüquqlarının müdafiəsi mövzularında dəyirmi masalar keçiriləcək.

 

11.12.2017









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?