Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

2017-ci ilin aprelin 26-da “Qədim mətnlər və klassik mənbələr erməni, saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçiriləcəkdir


23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və 26 aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü”nün ölkəmizdə təntənəli şəkildə qeyd olunması artıq ənənəyə çevrilmişdir və bu münasibətlə hər il Müəllif Hüquqları Agentliyinin təşəbbüsü ilə silsilə tədbirlər təşkil edilir.

Belə tədbirlərin məqsədi kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı rolunu göstərmək, əqli mülkiyyətin yaradıcılarına olan hörmət və ehtiramı nümayiş etdirmək, eyni zamanda cəmiyyətin diqqətini mədəni irs nümunələrinin və adət-ənənələrin qorunub saxlanmasına yönəltməkdir.

Çünki bu gün mədəni irs nümunələrinin və adət-ənənələrin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsi bütün xalqlar və dövlətlər qarşısında duran ən mühüm vəzfələrdən biridir.

Bəllidir ki, uzun illərdən bəri ermənilər Azərbaycana qarşı öz ərazi iddialalarını əsaslandırmaq üçün bizim maddi və qeyri-maddi mədəniyyət nümnələrimizi ciddi-cəhdlə mənimsəməyə və özününküləşdirməyə çalışır, xalqımıza məxsus bir sıra mədəni irs nümunələrini, o cümlədən “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi” rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta dahi Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin,  Fikrət Əmirovun əsərlərini, eləcə də müasir bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə cəhdlər göstərirlər.

Azərbaycan xalqına məxsus olan musiqi əsərlərinin, folklor nümunələrinin və digər qeyri-maddi mədəni irs nümunələrinin ermənilər tərəfindən zaman-zaman oğurlanması, mənimsənilməsi və erməni nümunələri kimi təqdim olunması artıq bir erməni ənənəsi halını almışdır. Buna görə də həmişə erməni saxtakarlıqlarını və yalanlarını ifşa etmək lazım gəlir. Bununla əlaqədar, Müəllif Hüquqları Agentliyi tərəfindən bu məsələ daim diqqət mərkəzində saxlanır və mütəmadi olaraq erməni iddialarının ifşa edilməsinə  yönəldilmiş tədbirlər təşkil edilir.

Bu çərçivədə Agentliyin təşkilatçılığı ilə aprelin 26-da keçiriləcək “Qədim mətnlər və klassik mənbələr erməni, saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda növbəti konfrans da 23 aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və 26 aprel - “Beynlxalq Əqli Mülkiyyət Günü”nə həsr olunmuş silsilə tədbirlərdən biridir, 24 aprel isə bəlli olduğu kimi, qondarma “erməni genosidi günü”dür və tədbirin məqsədi məqsədi hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə söykənərək ifşa etməkdir.

Tədbirdə  Müəllif Hüquqları Agentliyinin sədr professor Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir”, t.f. doktoru Elşad Əlilinin “Qədim Mesopotomiyanın akkad mətnlərində türk leksikası”, BDU-nun Asiya və Afrika ölkələri kafedrasının dosenti, t.f.doktoru Atamoğlan Məmmədlinin "Kiçik etnosun böyük iddiaları", Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, t.f.doktoru Kərəm Məmmədovun “Antropologiya və hay harayı” mövzularında prezentasiyaları olacaqdır.