Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Ümumdünya Kitab və Müəlliflik Günü münasibəti ilə YUNESKO-nun Baş Direktoru Xanım İrina Bokovanın müraciəti


ÜMUMDÜNYA KİTAB VƏ MÜƏLLİFLİK HÜQUQU GÜNÜ 2017

 

Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü bütün vətəndaşlar üçün əhatə edici, plüralist, bərabərhüquqlu, açıq və iştirak edilə bilən mövcud biliklərə əsaslanan cəmiyyətlər haqqındakı dünyagörüşümüzü təşviq etmək üçün kitabların gücünü vurğulamaq baxımından bir fürsətdir.

Deyirlər ki, cəmiyyətin qayğıya ehtiyacı olanlara münasibəti onun humanizminin ölçüsüdür. Biz bu ölçünü görmə qüsurlu və öyrənmə və fiziki məhdudiyyətli (müxtəlif səbəblərdən) şəxslər üçün kitabların əlçatımlı edilməsinə tətbiq etdikdə, “kitab aclığı” olaraq adlandıra biləcəyimiz situasiya ilə qarşılaşırıq.

Ümumdünya Korlar İttifaqının məlumatına görə Yer kürəsində yaşayan təqribən hər 200 nəfərdən biri, yəni bizim 39 milyonumuz görmür. 246 milyon nəfər isə olduqca məhdud görmə qabiliyyətinə malikdir. “Görmə qüsurlu” yaxud “çap olunmuş əsərlərə məhdud çıxışı olan bu şəxslər” görmə məhdudiyyəti olmayan şəxslərin oxuduğu yazılı informasiyaların və ədəbi əsərlərin təxminən 10%-indən istifadə edə bilirlər.

Zəif dizayn edilmiş, yaxud əlçatımlı olmayan kitablar da anlama məhdudiyyətli şəxslərin oxuma və anlama imkanlarını məhdudlaşdırır. Ümumdünya Disleksiya Assosiasiyasına görə məktəblilərin 3-5%-inin xüsusi düşərgələrə və dəstəyə ehtiyacı var. BMT-nin Qüsurlu Şəxslərin Hüquqları üzrə Konvensiyası və Dayanıqlı İnkişaf Məqsədləri qüsurlu şəxslərin digər insanlarla bərabər əsaslarda kitablar, biliklər və mədəni həyata çıxış hüquqlarının tanınmasında paradiqma dəyişikliyini qeyd edir.

Konvensiya çərçivəsində UNESCO əlilliklə bağlı məsələlərin daha yaxşı anlaşılmasının təşviq olunması və qüsurlu şəxslərin ləyaqətinin, hüquqlarının və rifahının tanınması üçün dəstəyin səfərbər edilməsi üzərində işləyir.

Bu, 2017-ci ilin Ümumdünya kitab paytaxtı elan edilmiş Qvineyanın Konakri şəhərinin gənclər və əhalinin rifah halı aşağı olantəbəqələri arasında oxuma-yazmanın təşviq olunması proqramının tanınmasının ruhudur.

Konakri və bizim beynəlxalq partnyorlarımız olan Beynəlxalq Naşirlər Assosiasiyası və Beynəlxalq Kitabxana Assosiasiyası və İnstitutları ilə birgə gəlin kitabların ideya və biliklərin paylaşılmasında bir istək olaraq qeyd etmək və anlaşmanı, tolerantlığı və birləşdirici cəmiyyətləri ruhlandırmaq üçün birləşək.

 

 

YUNESKO-nun Baş Direktoru

Xanım İrina Bokova