Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Müəlliflik hüququ və kollektiv idarəetmə üzrə regional seminar keçiriləcəkdir


2017-ci il 02-03 mart tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Ukrayna Respublikasının Əqli Mülkiyyət Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə Kiyev şəhərində müəlliflik hüququ və kollektiv idarəetmə üzrə regional seminar keçiriləcəkdir.

Tədbirdə Agentliyin Əsərlərin qeydiyyatı və hüquq şöbəsinin müdiri Nadirə Bədəlbəyli iştirak və “Milli qanunvericiliyin subyekti kimi kollektiv idarəetmədə şəffaflıq, hesabatlılıq və idarəetmə: ölkələrin hesabatları” və “Regionda kollektiv idarəetmədə yeniliklər (çağırışlar): Öyrənilən dərslər” mövzuları üzrə 2 məruzə ilə çıxış edəcəkdir.