Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

Dünya İqtisadi Forumunun hər il tərtib etdiyi Qlobal Rəqabətqabiliyyətlilik Hesabatının 2016-2017-ci illərə görə nəticələri açıqlanmışdır


Azərbaycan 2015-2016-cı illərə görə Qlobal Rəqabətqabiliyyətlilik Hesabatında tutduğu yerlə müqayisədə 3 pillə irəliləyərək,  2016-2017-ci illərə görə olan Hesabatda 138 dövlət arasında 4.55 balla 37-ci yeri tutmuşdur. 

Azərbaycan Əqli Mülkiyyət Hüquqlarının qorunması göstəricisinə görə 71-ci yeri tutaraq, MDB üzrə ilk üçlüyə daxil olmuş, Cənubi Qafqaz ölkələri arasında lider dövlət olmuşdur. Müqayisə üçün qeyd edək ki, bu indeks üzrə Ermənistan 84-cü, Gürcüstan isə 99-cu yeri tutmuşdur. Azərbaycan bu göstəriciyə görə Avropa dövlətlərindən Macarıstanı (85-ci yer), Xorvatiyanı (87), Bolqarıstanı (116) və Bosniya-Hersoqovinanı (132) geridə qoymuşdur.

İnnovasiyalara görə Azərbaycan 44-cü yeri tutaraq, Tacikistanı (46), Rusiyanı (56), Ukraynanı (52), Qazaxıstanı (59), Ermənistanı (87), Gürcüstanı (116), Qırğızıstanı (123) və Moldovanı (133) geridə qoyaraq, bu göstərici üzrə MDB-də 1-ci yeri tutmuşdur.

 

28.09.2016









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?