Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Xəbərlər

2018-ci il üzrə Qlobal İnnovasiya İndeksinin yayılması ilə əlaqədar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin şərhi


126 ölkəni əhatə edən və Kornel Universitetinin (ABŞ), İNSEAD Biznes məktəbinin (Fransa), Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə nəşri olan Qlobal İnnovasiya İndeksi – 2018 dərc olundu. 2018-ci ilin Qİİ-si ardıcıl iki subindeksin ortaq göstəricisindən ibarətdir.

“İnnovasiya resursları” subindeksi cərəyan edən innovasiya proseslərini beş qrupa bölərək (1 - institutlar; 2 – insane kapitalı; 3 – infrastruktur; 4 – daxili bazarın inkişafı; 5 – biznesin inkişafı) milli iqtisadiyyatın elementlərini qiymətləndirməyə imkan yaradır.

“İnnovasiya nəticələri” subindeksi iki qrup üzrə (6 – texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı; 7 – kreativ fəaliyyətin yaradıcılığı) innovasiya fəaliyyətinin faktiki nəticələrini əks etdirir.

Ümumiyyətlə, sözügedən reytinq 82 indikator əsasında tərtib olunmuşdur ki, onlar sadalanan 7 qrup xarakteristikanı özündə daşıyan innovasiya fəaliyyətinin çərçivəli şərtlərini, potensialını və məhsuldarlığını əhatə edir.

Təhlil edilən 82 indikatora, patentlərə, mobil əlavələrə və digər əqli mülkiyyət obyektlərinə verilmiş tələblərin sayından tutmuş təhsilə və elmi tədqiqatların nəticələrinə yönəlmiş xərclərin miqdarına qədər geniş məlumatlar daxildir. Bazarın inkişafı, infrastruktur və biznes məsələləri də bu indikatorda xüsusi yerə malikdir.

Qİİ-nin əsas məqsədi innovasiya fəaliyyətinin stimullaşdırılması mexanizmlərinin qiymətləndirilməsi üçün imkanların yaradılmasıdır.

Qİİ – 2018-in lideri İsveçrədir, sonar Hollandiya, İsveç, Böyük Britaniya və Sinqapur gəlir. Ən innovasiyalı ölkələr onluğuna həmçinin  ABŞ, Finlyandiya, Danimarka, Almaniya və İrlandiya daxildirlər.

Çinin ilk iyirmiliyə daxil olaraq, 17-ci yeri tutması diqqətçəkəndir. Postsovet məkanı ölkələri arasında isə ən müsbət nəticələr Estoniyaya (23-cü yer) və Litvaya (40-cı yer) aiddir. Rusiya 46-cı mövqeni tutur.v Azərbaycan, keçən il olduğu kimi, 82-ci yerdə məskunlaşıb. Azərbaycan “İnnovasiya resursları” subindeksində ən yaxşı nəticəni – 26-cı yeri –  4-cü blokda (“Daxili bazarın inkişafı”) əldə etməyi bacarıb. “Daxili bazarın inkişafı” blokunun kəsiyi olan investisiyalar göstəricisində Azərbaycan kifayət qədər yüksək mövqeyə - 3-cü yerə sahib olub, “institutlar” blokunun biznes-mühit göstəricisi üzrə isə ölkə 38-ci yerdə məskunlaşıb. “Universitetlər və sənaye əməkdaşlığı” və “Klaster inkişafı” indikatorları üzrə də Azərbaycan kifayət qədər yüksək yer tutub: müvafiq olaraq 33 və 34.

İnnovasiya nəticələri subindeksinin, “Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı”  blokunun “Biliklərin yayılması” indikatorunda isə Azərbaycan 37-ci yerə yüksəlib.

Keçən ilin reytinqi ilə müqayisədə Azərbaycan “İnstitutlar”, “İnsan kapitalı və elm”, “Biznesin inkişafı”, “Texnologiyaların inkişafı və biliklər iqtisadiyyatı”  blokları üzrə öz mövqelərini xeyli yaxşılaşdırıb.

 

11.07.2018









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?