Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Nazir: Ermənistan şirkətlərinin, tarixi ərazilərimizə istinad edilən saxta ticarət nişanlarının ÜƏMT sistemi ilə təşviqinə imkan verilməməlidir


5 İyun 2018 19:02 (UTC+04:00)

 

https://az.trend.az/azerbaijan/karabakh/2913331.html

 

 

Xarici işlər naziri Elmar Məmmədyarov Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) baş direktoru Frensis Qarrini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, tərəflər Azərbaycan və ÜƏMT arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Nazir ölkəmizdə son illər ərzində əqli mülkiyyət sahəsində bir sıra əsaslı işlərin görüldüyünü bildirərək, dövlət tərəfindən bu sahənin inkişafına xüsusi diqqətin göstərildiyini qeyd edib.

Tərəflər ÜƏMT və Azərbaycan arasında imzalanmış sənədlərin, eləcə də 2018-2021-ci illəri əhatə edən Tədbirlər Planının əlaqələrin daha da genişlənməsinə xidmət edəcəyinə əminliklərini ifadə ediblər.

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü haqqında danışan nazir E.Məmmədyarov işğal altındakı ərazilərimizdəki resursların talanmasına yönəlik fəaliyyətlə məşğul olan Ermənistan şirkətlərinin və buradakı tarixi ərazilərimizə istinad edilən saxta ticarət nişanlarının və dəyişdirilmiş coğrafi göstəricilərin ÜƏMT sistemi vasitəsilə təşviq edilməsinə imkan verilməməsinin vacibliyini vurğulayıb.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?