Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Frensis Qarri: Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanın əqli mülkiyyət siyasətini yüksək qiymətləndirir


05.06.2018      [18:34]

 

https://azertag.az/xeber/Frensis_Qarri_Umumdunya_Aqli_Mulkiyyet_Teskilati_Azerbaycanin_eqli_mulkiyyet_siyasetini_yuksek_qiymetlendirir-1169806

 

G.Mahmudlu, AZƏRTAC

 

 

Əqli mülkiyyət ölkə prezidenti tərəfindən müəyyənləşdirilən milli strateji hədəflərə töhfə verən yoldur. İqtisadiyyatın şaxələndirilməsi xüsusilə əqli mülkiyyətin qorunmasında rəqabət qabiliyyətini artırır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakıda “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda keçirilən konfransda iştirak edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) direktoru Frensis Qarri deyib.

“Azərbaycan innovasiya üzrə işlərini davam etdirir. ÜƏMT ölkənizin əqli mülkiyyət sahəsində yürütdüyü siyasəti və təşkilata verdiyi dəstəyi yüksək qiymətləndirir. Azərbaycanla əməkdaşlıqdan qürur duyuruq və bu əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var”, - deyə F.Qarri vurğulayıb.









Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?