Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Tez-tez verilən suallar

Əsərin dövlət qeydiyyatından keçirilməsi müəllifə hansı üstünlükləri verir?

Əsərin qeydiyyatı aşağıdakı səbəblərə görə məqsədəuyğun sayılır: - müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında şəhadətnamə sübutedici sənəd kimi çıxış edir; - əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur.  »

Müəllif və ya hüquqi şəxs əsərin qeydiyyatı ilə bağlı işlərin aparılması üçün nümayəndəsini təyin edə bilərmi, bu halda hansı sənəd tələb olunur?

Əsərin qeydiyyatı ilə bağlı işlərin aparılması üçün fiziki və ya hüquqi şəxs nümayəndəsini təyin edə bilər. Fiziki şəxsin əsərinin qeydiyyatı üçün sənədlər nümayəndə vasitəsilə təqdim etdikdə, nümayəndə qanunvericilikdə müəyyən edilmiş qaydada adına etibarnamə (onun şəxsiyyət vəsiqəsinin surəti əlavə edilməklə) təqdim etməlidir. Hüquqi şəxsin əsərinin qeydiyyatı üçün nümayəndəyə verilmiş etibarnamə təşkilatın möhürü ilə təsdiqlənir.  »

Əsərlərin və əlaqəli hüquqlar obyektlərinin elektron qeydiyyatının üstünlükləri hansılardır?

Müəllif (hüquq sahibi) Agentliyin “Elektron qeydiyyat ” xidmətindən istifadə edərək həm əsərini qeydiyyatdan keçirə bilər, həm də əsərin qeydiyyatı ilə bağlı onu maraqlandıran suallara cavab ala bilər. On-lıne qeydiyyat xidmətinin köməyi ilə müəllif (hüquq sahibi) özünə münasib şəraitdə (evindən, iş yerindən) əsərini və tələb olunan sənədləri qeydiyyat üçün göndərə bilər.  »

“Elektron xidmət”in vasitəsi ilə qeydiyyatdan keçirilmiş əsərə verilən Şəhadətnamə müəllifə necə çatdırılır?

Əsərin qeydiyyatı haqqında Şəhadətnamənin skan edilmiş surəti elektron poçt vasitəsilə müəllifin elektron poçt ünvanına, əsli isə adi poçtla müəllifə (hüquq sahibinə) göndərilir.  »

“Elektron xidmət”dən istifadə ödənişlidirmi?

Elektron xidmətə daxil olaraq tanış olmaq üçün ödəniş tələb olunmur, lakin əsərin elektron qeydiyyatı ödənişlidir.  »

Hansı hallarda elektron qeydiyyatdan imtina olunur?

Əsərin qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının düzgün doldurulmaması, əsərin elektron variantının göndərilməməsi, yaxud sənədlərin düzgün tərtib edilməməsi) aşkar edilərsə 5 iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə müəllifin elektron poçtuna bildiriş göndərilir. Göstərilən müddətdə müəllif tərəfindən çatışmazlıqlar aradan qaldırılmadıqda əsərin qeydiyyatından imtina edilir. Müəllif əsərin qeydiyyatı ilə bağlı aşkar olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən “Elektron xidmətə” müraciət edə bilər.  »

Əsərin qeydiyyatı üçün ödənilən dövlət rüsumu hansı bankda ödənilir və hansı hesaba köçürülür?

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.62-1.1-ci maddəsinə əsasən əsərin dövlət qeydiyyatına alınması üçün “Kapital Bank”ın yerli filiallarından birində fiziki şəxslər üçün 5 AZN, hüquqi şəxslər üçün 20 AZN dövlət rüsumu ödənilməlidir. Ödənilən dövlət rüsumu Dövlət Xəzinədarlığı Agentliyinin hesabına köçürülür.  »





Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?