Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ana Səhifə / Startup - Biznes nümayəndələrinin diqqətinə! / Azərbaycan Texnologiya Universiteti

Bu Universitetdə bir neçə maraqlı startap-layihə mövcüddur. Onlardan bəziləri  Universitetdə Sosial İnnovasiya Laboratoriyası ilə birgə təşkil olunan Startap düşərgəsində keçirilən yarışmaların qalibi olan layihələrdir. Bu layihələr daha çox qida məhsulları və texnologiyaları ilə əlaqədardır.

 

Ot Milk layihəsi ölkə üzrə keçirilən “Climate Launchpad " akselerator və inkubasiya proqramına çıxış hüququ qazanmışdır. İdeyanın məğzi qida təhlükəsizliyini, təbii qidalanmanı nəzərə alaraq təbii Alternativ süd hazırlamaqdır. Bu məhsul bir neçə problemin həlli üçün nəzərdə tutulub. Əsas məqsəd körpələrin (0-7 yaş) ana südündən əlavə tam təbii qidalanması, (heyvani) süd içə bilməyən, südə qarşı allergiyası olan insanların, veganların, protein qəbul etmək istəyən idmançılarin alternativ organik südlə təmin edilməsidir. Hazırlanan məhsul inək südünün yaratdığı heç bir allergiya təsiri yaratmır. Məhsulun tullantısız və tam təbii olması, onun qidalılıq dəyərinin yüksəkliyi bu məqsəd üçün baçlıca göstəricilərdir.

 

Kərənti layihəsi hədəfi kimyəvi gübrə pestisid və s. kimi həyatımızı zəhərləyən başlıca amilləri həyatımızdan uzaqlaştırmaq olan, böyük və kiçik istixana komplekslərinə, fermer təsərrüfatlarına, əkinçilərə bitki mənşəli məişət tullantılarından ucuz qiymətə təbii maddələrlə zəngin, ekoloji təmiz gübrə təklif edən kənd təsərrüfatı sahəsinə aid olan bir startapdır.

 

Yabanı meyvə və tərəvəzlərdən  funksional qida məhsullarının istehsalı. Respublikamızda bol ehtiyatı olan çoxsaylı meyvə və tərəvəz məhsulları yetişir. Bu məhsullar ekoloji təmiz qida məhsulları olmasına baxmayaraq, onlardan kütləvi qidalanmada istifadə edilmək üçün demək olar ki, çox az məhsul istehsal olunur. Bunlar nəzərə alınaraq, una, şəkərə qənaət etməklə müalicəvi əhəmiyyət kəsb edən çörək reseptləri, balzam tipli içkilər, sukat və s. məhsulların istehsal texnologiyası işlənib hazırlanmışdır. Bu məhsulların üstünlükləri ondan ibarətdir ki, onlar insan orqanizmində gedən maddələr mübadiləsini tənzimləyən lazım olan minerallarla, vitaminlərlə daha zəngindir və uzunmüddətli saxlanmaya davamlıdır. Bu məhsulların istehsalına nail olunarsa bu ölkəmizə xeyli gəlir gətirə bilər.

Mövcud startapların ilkin prototip variantında olduqları üçün hazırda kommersiyalaşdırılması üzrə işlər aparılır. Startapların bəziləri artıq inkubasiya mərhələsindədir. Problemlər isə əsasən universitetdə fəaliyyət göstərən texnoloji laboratoriyaların imkanlarının məhdud olmasıdır. Bu məhsullara biznes müəssisələri və fərdi sahibkarlar tərəfindən investisiya qoyuluşu böyük faydalar gətirə bilər.

 

Əlaqələndirici şəxs: Səbuhi Yusifov  (+994 55 661 12 20);

 

Ünvan: Gəncə ş. AZ 2011, Şah İsmayıl Xətai pr. 103;

 

Tel: +994 22 257 56 29;

 

info@atu.edu.az





Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?