Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ana Səhifə / Startup - Biznes nümayəndələrinin diqqətinə! / Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) startap və innovasiya mərkəzində bir sıra startap layihələri mövcuddur və bu layihələr universitetin nəzdində fəaliyyət göstərən "Eazi-Start" startap və innovasiya mərkəzinin əksəriyyəti qabaqcıl tələbələrdən ibarət olan üzvləri tərəfindən yaradılmışdır. Startap layihələrindən 5-i "Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin" nəzdində olan "İnformasiya Texnologiyalarının Inkişafı Dövlət Fondu" tərəfindən dəstəklənərək qrantlar qazanmış, həmçinin, "Microsoft" kimi nüfuzlu təşkilatın təşkil etdiyi beynəlxalq yarışmada iştirak etmək hüququ əldə etmişdir. ADNSU-nun ən uğurlu startap layihələrindən bir neçəsi haqqında məlumatı təqdim edirik:

 

Smart keyboard (ağıllı klaviatura) - bir çox əlifbalardan istifadə edən istifadəçilər üçün rahatlıq yaradan qurğudur. Belə ki, istifadəçi hər dəfə əlifbanı dəyişdikdə, seçdiyi əlifbanın simvolları klaviaturanın düymələrində əks olunur. Klaviaturanın düymələri həmçinin geymerlərin də istəklərinə uyğun olaraq, xüsusi simvolları əks etdirə bilir. Smart Keyboard layihəsinin bir neçə prototipi artıq hazırlanmış və bu layihə İKT fondunun qrantına layiq görülmüşdür. beynəlxalq patent almaq ücün sənədlər təqdim olunmuşdu. 

CamTouch istənilən səthi interaktiv səthə (multimedia löhvəsi kimi) çevirməyə imkan verən kompleks qurğudur. Xüsusi stilus vasitəsilə səthi idarə etmək mümkündür. Kompleks, kamera, stilus və proqram təminatından ibarətdir. İşi görmək üçün kompüter proqram təminatını qurmaq, kameranı işə salmaq və səthi seçmək lazımdır. Stilusun köməyilə kompüter siçanının imkan verdiyi bütün funksiyaları etmək mümkündür. "CamTouch" innovativ qurğusu ADNSU-nun 30 auditoriyasında Universitetin tələbələri və professor-müəllim heyəti tərəfindən istifadə edilməkdədir. "CamTouch" layihəsi ADNSU-nun və Ukrayna biznes inkubatorunun birgə layihələrindən biridir. Adı çəkilən layihə 2017-2018-ci ildə İKT fondu tərəfindən qranta layiq görülmüşdür.

 

GRP layihəsi isə təhsilin və müəllim-valideyn, tələbə -Universitet arasında olan kommunikasiyanın problemləri üzərində qurulub. Universitetdə tələbələrin bir sıra imkanlarla: imtahan cavabları, ev tapşırıqları, layihələr və xəbərlər və s. məlumatlarla, bildiriş, sms və elektron poçt vasitəsi ilə öyrənməsi təmin edilir. Faydalı veb-saytı, Android və IOS tətbiqlərlə mükəmməlləşdirilmişdir. Universitet həyatının çətinlikləri ilə yanaşı, məktəb həyatının da bir sıra çətinliklərinin aradan qaldırılması nəzərdə tutulmuşdur. Bildiyimiz kimi bugün valideynlər məktəblə əlaqə qurmağa və övladlarının təhsilinə çox vaxt ayıra bilmirlər. Bu problemlərin böyük bir hissəsinin həllini tapmağa "GRP" layihəsi kömək olacaq.GRP layihəsi hal-hazırda ADNSU-da və Bakı Neft Energetika kollecində tətbiq olunmağa başlamış, eyni zamanda bir sıra məktəblərə qurulması üçün də Təhsil Nazirliyi ilə danışıqlar aparılmışdır. İKT fondunun qrantına layiq görümüşdür.

 

Əlaqələndirici şəxs: Tural Qocayev (+994 55 506 51 35)

 

Ünvan: AZ1010, Bakı şəhəri, Azadlıq prospekti, 34;

 

Tel: +994 12 493 33 68;

 

ico@asoiu.edu.az





Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?