Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ana Səhifə / Agentlik haqqında / Agentliyin kollegiyasının tərkibi

AZƏRBAYCAN RESPUBLIKASI NAZIRLƏR KABINETI 

QƏRAR

№ 84

Bakı şəhəri, 17 aprel 2012-ci il     

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə"nin 16-cı bəndinə əsasən, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

 

1. Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiya üzvlərinin sayı 5 (beş) nəfərdən ibarət müəyyənləşdirilsin və aşağıdakı tərkibdə təsdiq edilsin:

 

Kollegiyanın sədri

 

İmanov Kamran Sultan oğlu - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri

 

Kollegiyanın üzvləri

 

Kərimov Fuad Hüsü oğlu - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin aparatının  rəhbəri

İsayev Natiq Əli oğlu - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin beynəlxalq əlaqələr və informasiya təminatı şöbəsinin müdiri

Həsənli Xudayət İsgəndər oğlu - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin əsərlərin  qeydiyyatı və hüquq şöbəsinin müdiri

Mustafayeva Gülarə Binnət qızı - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin iqtisadiyyat və maliyyə şöbəsinin müdiri

 

2. "Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 68 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, №4, maddə 394; 2008, №9, maddə 871) ləğv edilsin.

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Artur Rasi-zadə 

Azərbaycan Respublikasının Baş naziri