Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ana Səhifə / Elanlar / Müəlliflərin (hüquq sahiblərinin) nəzərinə!

Elektron qeydiyyat xidməti artıq fəaliyyətə başlamışdır. 

On-line qeydiyyat xidmətinin köməyi ilə müəllif (hüquq sahibi) əlavə vaxt itirmədən öz evindən və ya iş yerindən elektron poçt vasitəsilə Agentliyin saytına daxil olaraq, öz əsərini (ifasını) qeydiyyatdan keçirə bilər.

Əsərin və ya əlaqəli hüquqlarının obyektlərinin qeydiyyatı aşağıdakı səbəblərə görə məqsədəuyğun sayılır:
 

  • əsərin (ifanın) nüsxəsi depozit materialı kimi arxivdə saxlanılır;
  • müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında 
  • şəhadətnamə sübutedici sənəd kimi çıxış edir;
  • əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur.


Dərc edilmiş və ya dərc edilməmiş əsər (ifa) yalnız müstəsna hüquq sahibi tərəfindən qeydiyyatdan keçirilə bilər. 

Əgər əsər dərc edilməyibsə, bu halda əsər səhifələnmiş elektron fayl kimi ərizə nümunəsinə əlavə olunmalıdır. Kitab formatında olan əsər (yəni dərc olunmuş əsər) pdf., doc. formatlarında, təsviri sənət, heykəltəraşlıq, rəngkarlıq, qrafika əsərləri, dizayn, memarlıq əsərləri cpg., gif., bmp., tif., pjx. formatlarda, musiqi əsərləri mp3., mp2., wma., wav., flaj. audio formatlarda ərizəyə əlavə olunmalıdır. Əlaqəli hüquqların obyektləri isə avi., wmv., mpg., vob., flv. formatlarında müvafiq ərizə nümunələrinə qoşulmalıdır. 

Ərizədə göstərilən digər sənədlər rəqəmsal şəkildə təqdim olunur. 

Əsərin qeydiyyatına görə dövlət rüsumunun ödəniş qəbzi (“Kapitalbank”ın yerli filiallarının birində 5 manat dövlət rüsumu ödənilməlidir) poçt vasitəsilə göndərilməlidir. 

Qeydiyyatla bağlı yaranan suallarla bağlı Agentliyin saytında yerləşdirilmiş «Müəlliflik hüququ obyektlərinin qeydiyyatı Qaydaları»na istinad edə bilərsiniz. 

Əlaqə saxlamaq üçün telefon: (+994) 498-22-32

Sizə uğurlar arzulayırıq!





Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?