Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Ana Səhifə / Agentlik haqqında

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrinə), inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirən, normativ hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən və hüquqi statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanıdır.

Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri Agentlik haqqında Əsasnaməni rəhbər tutur.