Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

 

Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli 287 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə“nin 1-ci hissəsinə əsasən, Müəllif Hüquqları Agentliyi “müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrinə), inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra - əqli mülkiyyət hüquqları) sahəsində dövlət siyasətini həyata keçirən, normativ hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən” “mərkəzi icra hakimiyyəti orqanı”, Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2013-cü il tarixli 287 nömrəli Fərmanına uyğun olaraq, Əsasnaməyə edilmiş dəyişiklikdən sonra isə “hüquqi statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” kimi fəaliyyət göstərmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2017-ci il tarixli 1593 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr tarixli 2016-cı il tarixli 1125 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış və Nizamnaməyə uyğun olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

 

Xəbərlər

Yeni yaradılan Əqli Mülkiyyət Agentliyi dövlət başçısının sərəncam və göstərişlərini həyata keçirir

»

Kamran İmanov: “ÜƏMT-nin Baş direktorunun Azərbaycana səfəri əhəmiyyətli hadisədir”

»

Azərbaycan – Ümumdünya Əqli Mülkiyyət Təşkilatı əlaqələri genişlənir

»

Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Frensis Qarri ölkəmizə səfərə gəlir

Cari ilin 4 – 6 iyun tarixlərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) Baş direktoru cənab Frensis Qarrinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır »

K.S.İmanovun Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

»

“İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi” mövzusunda dəyirmi masa keçirilmişdir

Müəllif Hüquqları Agentliyi bu il də 26 aprel - “Beynəlxalq Əqli Mülkiyyət Günü”nü təntənəli şəkildə qeyd edir »




Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?