Azərbaycan Respublikası	Müəllif Hüquqları Agentliyi

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

 

Azərbaycan Respublikası Prezidentinin 30 avqust 2005-ci il tarixli 287 nomrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə“nin 1-ci hissəsinə əsasən, Müəllif Hüquqları Agentliyi “müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrinə), inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları (bundan sonra - əqli mülkiyyət hüquqları) sahəsində dövlət siyasətini həyata keçirən, normativ hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən” “mərkəzi icra hakimiyyəti orqanı”, Azərbaycan Respublikası Prezidentinin 28 oktyabr 2013-cü il tarixli 287 nömrəli Fərmanına uyğun olaraq, Əsasnaməyə edilmiş dəyişiklikdən sonra isə “hüquqi statusu mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” kimi fəaliyyət göstərmişdir.

 

Azərbaycan Respublikası Prezidentinin 6 sentyabr 2017-ci il tarixli 1593 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi “Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 24 noyabr tarixli 2016-cı il tarixli 1125 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış və Nizamnaməyə uyğun olaraq müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə (ənənəvi mədəni nümunələrə) və digər qeyri-maddi mədəni irs nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimləməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir.

 

Xəbərlər

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində Rusiya Dövlət Əqli Mülkiyyət Akademiyasının rektoru İvan Bliznetslə görüş keçirilmişdir

Görüşdə Müəllif Hüquqları Agentliyinin sədri cənab Kamran İmanov son illər ölkəmizdə »

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli 466 nömrəli Qərarının tətbiqi ilə bağlı məsələlərə dair Müəllif Hüquqları Agentliyinin açıqlaması

Qərarda bir sıra məsələlər, o cümlədən telekanallarda bədii, musiqili və cizgi filmlərinin nümayişinə, həmçinin »

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Baş Assambleyasının 57-ci toplantısı keçirilir

İsveçrə Konfederasiyasının Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzv dövlətlərinin Baş Assambleyasının 57-ci toplantısı keçirilir »

Dünya İqtisadi Forumunun 2017-2018-ci illər üçün Rəqabətqabiliyyətlilik İndeksinin yayılması ilə əlaqədar Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin ilkin şərhi

Dünya İqtisadi Forumu ölkələrin 2017-2018-ci illər Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə rəqabətqabiliyyətlilik reytinqini dərc etmişdir »

29-30 iyun 2017-ci il tarixlərində Bakıda Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə əməkdaşlığı ilə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda keçirilən beynəlxalq seminar işə başlayıb

Bu beynəlxalq seminar böyük əhəmiyyət kəsb edir və aktuallığına görə ölkəmizin qarşısında duran yeni, innovasiyalarla bağlı çağırışlara adekvat cavab axtarışı ilə əlaqəlidir. »

Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli

İyunun 14-də Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), “Clarivate Analytics” (Thomson Reuters), Beynəlxalq Elmi və Texniki İnformasiya Mərkəzinin təşkilatçılığı ilə “Universitetlərdə elmi fəaliyyətin müasir idarəetmə modeli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib »




Onlayn Konsultasiya -

Onlayn Konsultasiya

?